Siyasət

Şuşa Forumu çərçivəsində “Anadolu” Agentliyi tərəfindən “Hərbi jurnalistika” mövzusunda təlim keçirilib – FOTO

Sharing is caring!


Şuşa Qlobal Media Forumu çərçivəsində “Anadolu” Agentliyi tərəfindən televiziya jurnalistləri üçün “Hərbi jurnalistika” mövzusunda təlim keçirilib.

“Report” xəbər verir ki, “Anadolu” Agentliyi Akademiyasının müdiri Cahangir İşbilir vəzifə borcunu yerinə yetirən jurnalistlərin müdafiəsi ilə bağlı təcrübələrini bölüşüb.

Videotəqdimatla çıxış edən Akademiya müdiri qeyd edib ki, hərbi jurnalistikada xəbər hazırlamaqla yanaşı, özünümüdafiə də əhəmiyyət daşıyır.

O ilkin tibbi yardım, sürətli avtomobil idarəetmə, bir sıra çevik fiziki hərəkətlər, qaz maskalarından istifadə, partlayışlar zamanı edilməli olan hərəkətlər barədə məlumat verib:

“Özünümüdafiə ilə bağlı peşəkarlıq hərbi jurnalistikada mühüm yer tutsa da, bununla yanaşı olduğunuz ərazilərin dilini, xəritələrini, mədəniyyətini də bilmək şərtdir. İlkin tibbi yardım sizə xəsarətlər zamanı lazım olar bilər. Ancaq bu işdə psixoloji cəhətdən güclü olmaq da mühüm rol oynayır”.

Artıq ənənəvi silahlardan yeni silahlara keçidin olduğunu vurğulayan C.İşbilir bununla bağlı jurnalistlərə tövsiyələr verib:

“Kibertexnologiyalar, uzaqdan idarəedilən silahlara bələd olmaq hər hansı hadisə zamanı atılacaq səhv addımların qarşısını almağa kömək edə bilər. Bu səbəbdən jurnalistlər gedəcəkləri yerlər barədə araşdırmalı, istifadə olunan silahlaradək məlumatlı olmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir