Siyasət

Avropa Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı müvəqqəti təminat tələbini rədd edib

Sharing is caring!


İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə bu ölkənin 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib.

Bu barədə Oxu.Az-a Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.

Belə ki, Avropa Məhkəməsi sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı Ermənistanın tələbinin əsassız olduğuna dair qərar qəbul edib.

Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli qərarını pozduğunu müəyyən etməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir