Siyasət

Parlament gələn il üçün ehtiyac meyarının həddini qəbul edib

Sharing is caring!


Milli Məclisin bu gün keçirilən iclasında “2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

“Report”un xəbərinə görə, layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir