Dünya

Liberiyanın ongünlük müdafiə naziri hərbçilərin arvadlarına görə istefa verib

Sharing is caring!


Liberiyada on gün əvvəl müdafiə naziri təyin edilən şahzadə III Çarlz Conson hərbçilərin həyat yoldaşlarının etirazları nəticəsində istefa verib.

Bu barədə Liberiya Prezidentinin Administrasiyası məlumat verib.

Məlumata görə, Prezident müdafiə nazirinin istefasını qəbul edib.

Bildirilib ki, Liberiya ordusunun aşağı rütbəli üzvlərinin arvadları son iki gündür paytaxt Monroviyada etiraz aksiyaları keçirərək, əsas magistral yolları bağlayıblar. Onlar ərləri üçün maaş və pensiyaların artırılmasını, sosial müavinətlərin verilməsini istəyirlər.

Qadınlar həmçinin Malidən qayıdan Liberiya sülhməramlılarına ödənişləri kəsən yeni müdafiə nazirinin istefasını tələb ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir