Cəmiyyət

Buzovnada fərdi yaşayış evində partlayış olub, yaralılar var – FOTO

Sharing is caring!


Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1942-ci il təvəllüdlü İmanqulu Əbdül oğlu Quliyevə məxsus, ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

FHN qüvvələri tərəfindən hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Fərəh İmanqulu qızı Quliyeva və 1997-ci il təvəllüdlü Toğrul İmanqulu oğlu Quliyev təcili yardım briqadasına təhvil veriliblər.

Hadisə nəticəsində evin birinci mərtəbəsində üç otağın yanar konstruksiyaları 125 kv.m sahədə yanıb, otaqlarının pəncərə çərçivələri və dəmir barmaqlıqlar yerindən çıxıb.

FHN-in qüvvələri tərəfindən, həmçinin, hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir