Cəmiyyət

Füzulidə 12 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi törətdi: Bel fəqərə sümüyü sındı

Sharing is caring!


Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 2011-ci il təvəllüdlü Səid Səyyad oğlu Quluzadənin idarə etdiyi avtomobil beton maneəyə çırpılıb.

Qəza zamanı yeniyetmənin bel fəqərə sümüyü sınıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir