İdman

Messi “İnter Mayami” ilə məşqlərə qatılıb

Sharing is caring!


Lionel Messi artıq “İnter Mayami”də məşqlərə qatılıb.

Çərşənbə günü ABŞ klubunun yeni oyunçusu tibbi müayinədən keçib. Cümə axşamı isə məşqdə iştirak edib və yeni komanda yoldaşları ilə görüşüb.

Bildirilir ki, transfer rəsmiləşənə qədər Messinin “İnter”də heç bir fotosu olmayacaq.

Xatırladaq ki, Messi iyunun 7-də “İnter Mayami”yə keçdiyini açıqlamışdı. Argentinalı yeni komandanın tərkibində iyulun 21-də Meksikanın “Kruz Asul” klubuna qarşı matçda debüt edə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir