Dünya

Rusiyada azərbaycanlı avtoritet mühakimə olunacaq

Sharing is caring!


Moskvada cinayət iyerarxiyasında ən yüksək pilləni tutmaqda təqsirli bilinən 41 yaşlı azərbaycanlının cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva İdarəsinin nümayəndəsi məlumat verib.

İş üzrə təqsirləndirilən şəxs qanuni oğru, kriminal aləmdə Beyləqanlı Hacı kimi tanınan Hacıbaba Talıbxanlıdır. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə (“Cinayət iyerarxiyasında ən yüksək pillə tutmaq”) ittiham olunur.

Müstəntiqlərin fikrincə, 2012-ci ildə o, xüsusilə ağır cinayət törətdikdən sonra qanuni oğru adına layiq görülüb. Bildirilir ki, o, hazırda məhkumdur və uzun müddətə cəza çəkir.

İstintaq zamanı 20-dən çox şahid, o cümlədən kriminal aləm sahəsi üzrə mütəxəssis dindirilib. Cinayət işi ittiham aktının təsdiqi üçün prokurorluğa göndərilib, daha sonra qanuni oğru məhkəmə qarşısına çıxarılacaq.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir