Dünya

Almaniya klubunun baş məşqçisi: “Qarabağ” ilə matçın nə qədər vacib olduğunu bilirik”

Sharing is caring!


“Bu matçın nə qədər vacib olduğunu bilirik”.

“Report” xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis onları təcrübəli baş məşqçisi olan yaxşı rəqiblə matçın gözlədiyini söyləyib:

“Qarabağ”ın yaxşı strukturu və təcrübəli futbolçuları var. Bu, maksimum konsentrasiya olmağımızı tələb edəcək. Ən vacib məqsəd qələbə qazanmaqdır. Biz mübarizə aparmaq və hər yarışda olmaq istəyirik. Qələbə ilə qrupdan çıxmaq yolunda mühüm addım ata bilərik”.

Qeyd edək ki, oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək “Bayer 04” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir