Siyasət

Rəhman Hacıyev: “Qarabağ Dirçəliş Fondu layihələri maliyyələşdirməyə başlayıb”

Sharing is caring!


“Qarabağ Dirçəliş Fondu layihələri maliyyələşdirməyə başlayıb”.

“Report”un xəbərinə görə, bunu Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev “İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” adlı tədbirdə çıxışı zamanı deyib.

O xatırladıb ki, bu gün azad edilmiş ərazilərdə irimiqyaslı işlər aparılır:

“Hazırda Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri tam şəffaflıqla aparılır və Qarabağ Dirçəliş Fondu üçün də əsas prioritet şəffaflıqdır. Fond artıq müəyyən layihələri maliyyələşdirməyə başlayıb. Qeyd edim ki, maliyyə ayırdığımız layihələri nəzarətdə saxlamağa, daim tövsiyələr verməyə çalışırıq. Hazırda fond işğaldan azad olunmuş ərazilərdə abadlıq və yenidənqurma işlərinin aparılması fonunda qarşısına bir sıra məqsədlər qoyub. Qarabağ Dirçəliş Fondunun prinsipləri dayanıqlılıq və davamlılıqdır. Bu baxımdan cəmiyyətlə münasibətlərimizi daha dərindən qurmağa çalışırıq”.

R.Hacıyev bildirib ki, Qarabağ Dirçəliş Fondunun əsas prioritet istiqamətlərindən biri yenidənqurmaya dəstək göstərmək və əsas hədəf dağıdılmış tarixi abidələrin bərpasına, həmçinin ekologiyaya dəymiş ziyanın aradan qaldırılmasına töhfə verməkdir:

“Qarabağ Dirçəliş Fondunun maarifləndirmə istiqamətində də imkanları genişləndirilir və bu yaxınlarda sözügedən məsələlərlə bağlı layihələrə start veriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir