Siyasət

Hikmət Hacıyev: “Türkiyənin pilotsuz təyyarələri dünya hərb tarixinə qızıl hərflərlə yazılıb”

Sharing is caring!


“Qardaş Türkiyənin əldə etdiyi nailiyyətlərlə bütün Türk dünyası fəxr edir”.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Dövlət Başçısı Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Star” qəzetinin jurnalisti Yakup Kəsə açıqlama verərkən deyib.

Hikmət Hacıyev Azərbaycanda keçirilən TEKNOFEST festivalına görə təşəkkürünü bildirib. “Hörmətli prezidentlərimiz festivalda iştirak ediblər. Bu tədbirdə on minlərlə azərbaycanlı gənc iştirak edib”, – deyə o qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi TEKNOFEST-in Türkiyənin texnologiya sahəsindəki potensialını və gücünü nümayiş etdirdiyini, Azərbaycanın bundan qürur duyduğunu vurğulayıb.  “Cənab Prezidentin rəhbərliyi ilə son 20 ildə qardaş Türkiyənin əldə etdiyi nailiyyətlərlə bütün Türk dünyası fəxr edir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin “Togg” elektrik avtomobili, PUA-ları və digər müdafiə sənayesi məhsulları Azərbaycanı sevindirir və bütün bunlar Türkiyənin inkişafının göstəricisidir.

“Biz qardaş Türkiyənin əldə etdiyi nailiyyətlərlə həm türk dünyası, həm də Azərbaycan adından çox qürur duyuruq. Hər bir Türkiyə vətəndaşı bununla fəxr etməlidir”, – Hikmət Hacıyev vurğulayıb.

Hikmət Hacıyev əlavə edib ki, Türkiyə PUA-ları 44 günlük müharibədə qələbə qazanılmasında tarixi rol oynayıb. “Bu pilotsuz təyyarələr dünya hərb tarixinə qızıl hərflərlə yazılıb”, – deyə o bildirib.

Hikmət Hacıyev həmçinin türk gənclərinin dünyanı heyrətləndirəcək bir çox sahələrdə yeni nailiyyətlər nümayiş etdirəcəyinə əminliyini ifadə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir