Şou-Biznes

Leonardo DiKaprio məşhur modellə yenidən SEVİŞİR? – FOTO

Sharing is caring!

Dünyaca məşhur aktyor Leonardo DiKaprionun tanınmış model Gigi Hadidlə yenidən eşq yaşadığı iddia olunur.

Lent.az xarici mediaya istinadən bildirir ki, jurnalistlər onların görüşdüyü barədə xəbər yayıblar.

İddialara görə, cütlük Los-Ancelesdə “Oskar” film mükafatlandırma mərasimindən əvvəl təşkil olunan gecədə, VİP zonada birlikdə görünüblər. Şahidlər isə deyiblər ki, məşhurlar tədbirə ayrı-ayrılıqda gəliblər, lakin demək olar bütün gecəni birlikdə keçiriblər. 

Qeyd edək ki, 27 yaşlı Gigi Hadidin müğənni Zayn Malikdən bir qızı var. 

Xatırladaq ki, bir həftə əvvəl Leonardo DiKaprionun məşhur futbolçu Mbappenin keçmiş sevgilisi Rouz Bertramla eşq yaşadığı deyilirdi. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir