Siyasət

İlham Əliyev akademik Zərifə Əliyevanın məzarını ziyarət edib – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir