Cəmiyyət

Bakıda ikimərtəbəli evdə yanğın: Ölən şəxsin kimliyi bilindi – YENİLƏNİB

Sharing is caring!


Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə martın 16-da paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Oleq Qoydomaykin Viktoroviçin baş vermiş yanğın nəticəsində yanaraq ölüb.

Fakt üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi araşdırma aparır.

09:04

Bakı şəhərində ikimərtəbəli evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Suraxanı rayonunda ümumi sahəsi 100 kvadratmetr (hər mərtəbəsi 50 kvadratmetr) olan ikimərtəbəli evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 kvadratmetr sahədə, ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir