Siyasət

Peter Mixalko: “Aİ və Azərbaycan arasında güclü əməkdaşlıq və tərəfdaşlıq qurulur”

Sharing is caring!


“Avropa İttifaqı ilə Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələri qurulur və Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) proqramının həyata keçirilməsi buna sübutdur”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko proqramın icra tərəqqisinə dair illik toplantıda deyib.

“AZTAF bizim (Azərbaycan hökuməti ilə) yüksək beynəlxalq standartlara uyğun işləmək yollarımızdan biridir”, – o bildirib.

P.Mixalkonun sözlərinə görə, pandemiya dövründə Aİ və Azərbaycan bir sıra strateji əməkdaşlıq sahələri və iqtisadi əlaqələrin gücləndirilməsi üçün uzunmüddətli hədəflər müəyyən edib.

Nümayəndəliyin rəhbəri AZTAF proqramının iqtisadi inkişafın dəstəklənməsi, enerji səmərəliliyi, mobillik və s. məqsədlərə xidmət etdiyini vurğulayıb.

“Bu proqramın müxtəlif nazirliklər və onların tabeliyində fəaliyyət göstərən agentliklər kimi bir çox benefisiarları var. Lakin AZTAF-ın əsas benefisiarı ölkə vətəndaşlarıdır. Gəlin Azərbaycanın dayanıqlı gələcəyi naminə birgə işimizi davam etdirək”, – səfir əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir