Kriminal

Lerikdə sərnişin yük maşınından yıxılaraq ölüb

Sharing is caring!


Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb.

“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Höccətov Pərviz Tofiq oğlu hərəkətdə olan yük maşınının arxasından yıxılıb.

O, hadisə nəticəsində ağır-kəllə beyin travması alıb.

P.Höccətov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir