Kriminal

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

Sharing is caring!


Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki ədəd avtomat, bir ədəd tapança, 22 ədəd alışdırıcısı, beş patron darağı, 346 ədəd müxtəlif çaplı patron və 16 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə bir ədəd avtomat, səkkiz ov tüfəngi, 16 patron və iki patron darağı aşkar edilərək götürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir