MARAQLI

Türkiyəli futbol şərhçisi canlı yayımda milçək yedi – VİDEO

Sharing is caring!

Türkiyəli futbol şərhçisi və keçmiş hakim Ahmet Çakarın canlı yayımda etdiyi hərəkət sosial mediada gündəm olub. Belə ki, o, fincanına qonan milçəyi yeyib.

Kadrlardan görünür ki, həşərat futbol şərhçisinin fincanına qonandan sonra digər şərhçi Rasim Ozan ondan milçəyi tutmasını istəyib. Çakar isə nəinki milçəyi tutur, hətta onu ağzına ataraq çeynəməyə başlayıb.

Proqramın digər iştirakçıları Sinan Engin, Rasim Ozan Kütahyalı və Abdülkerim Durmaz heyrətlərini gizlədə bilməyiblər. Onlardan bəziləri isə Çakarın bu hərəkətindən özünü pis hiss edib.

Keçmiş hakimin rahat və sakit davranışı sosial mediada da gündəm olub.

Mənbə: Cümhuriyyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir