MARAQLI

Yasa qərq olan qu quşuna görə onlarla qatar yolda qaldı – FOTO

Sharing is caring!

Almaniyada onlarla qatar dəmir yolunun üzərində yas tutan qu quşuna görə hərəkətini dayandırmaq məburiyyətində qalıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Hadisə Kassel və Qettinqeni birləşdirən yüksək sürətli dəmir yollarında baş ver

İki qu quşu dəmir yolunun ərazisinə girib, onlardan biri, ehtimal ki elektrik vurması səbəbindən ölüb.

Bundan sonra ikinci qu quşu yoldaşının ölüm yerini tərk etməkdən imtina edib. Onu uzaqlaşdırmaq cəhdləri uğursuzluqla nəticələnib.

Sonda quş yanğınsöndürənlər tərəfindən xüsusi texnikanın istifadəsi ilə yerindən qaldırılıb.

Xilasetmə əməliyyatı səbəbindən 23 qatar təxminən 50 dəqiqə yolda qalıb.

Qu quşu daha sonra Fulda çayında sərbəst buraxılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir