Siyasət

Fərid Qayıbov: “Klubların sayının artırılması istiqamətində işlərin davam edəcəyinə inanıram”

Sharing is caring!

“Son dönəmlərdə klubların sayı artırılıb. Bu istiqamətdə işlərin davam edəcəyinə inanıram”.

Oxu.Az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov AFFA-nın Hesabat Konfransında deyib.

“Ölkəmizdə idman dövlət siyasətidir. Ölkə başçısı İlham Əliyevin idmana və futbola sevgisini hamımız bilirdik. İdman üçün yaradılan şəraitdən də hər kəsin xəbəri var. Nəticələrimiz də var. Futbolda da qeyd olundu. AFFA-nı təbrik edirəm. Çox gözəl konfrans təşkil olunub. Maraqlı hesabatlar gördük. Bu da son illərdə görülən işlərin nəticəsidir. AFFA-nın keçmiş baş katibi (Elxan Məmmədovu nəzərdə tutur – red.) hazırda FIFA-da çalışır. Bu da böyük nailiyyətdir. İstərdim ki, bizim nümayəndələrimiz daha yüksək postlara seçilsinlər. İnşallah, bu günləri də görəcəyik.

Futbolçularımızın nəticələri barədə danışdıq. “Qarabağ” klubunu mən də təbrik edirəm. Güclü Avropa klubları ilə oynayırıq.

Biz AFFA-nın yanındayıq. Klubların sayı artırılıb. İnanıram ki, bu istiqamətdə işlər davam edəcək. Maddi-texniki baza üzərində birlikdə çalışmalıyıq. Yeni stadionlar tikilib. Bu istiqamətdə işlər görməyimiz lazımdır. FIFA və UEFA-ya minnətdarlığımı bildirmək istəyirəm. Onlar ölkəmizdə futbolun inkişafı üçün dəstək olurlar. Futbol ən populyar idman növüdür. Federasiyanın büdcəsindən də bu bilinir. Klublarmıza və futbolçularımıza uğurlar arzulayıram”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir