Siyasət

“Reinteqrasiya prosesində BMT-nin Bakı ofisinin və qurumlarının iştirakı nəzərdə tutula bilər” – ŞƏRH

Sharing is caring!


“Birinci Qarabağ müharibəsi dövründə Ermənistandan, Qarabağın özündən və yeddi ətraf rayondan bir milyondan çox azərbaycanlı məcburi şəkildə ermənilər tərəfindən qovularkən, hər cür zorakılığa məruz qalarkən, beynəlxalq təşkilatlar müşahidəçi qismində sadəcə seyrçi mövqeyində idi. Bu gün isə BMT Azərbaycanın öz suveren ərazisindəki vəziyyəti monitorinq etmək üçün qalıcı müşahidəçilikdən danışırsa, bu hədərdir”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O qeyd edib ki, BMT-nin dövlətlərin daxili işinə qarşımamaq barədə bəyanatları mövcuddur:

“Bu, birbaşa onların öz prinsipinə ziddir. Onların qalıb, müşahidə aparmaq istədikləri ərazi birbaşa özlərinin 4 qətnaməsində də qeyd olunduğu kimi Azərbaycan torpaqlarıdır. Əgər BMT dövlət vətəndaş məsələlərində müşahidəşi qismində iştirak etmək hüququna malikdirsə, Avropada kifayət qədər öz vətəndaşına qəddarlıq nümayiş etdirən dövlətlər var və mütləq orada müşahidə aparılmalıdır. 

Digər tərəfdən Azərbaycan dəfələrlə çağırış edib, lakin azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qaytarılması üçün ötən 30 ildə heç bir mexanizm yaradılmayıb. Lakin 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilən antiterror tədbirlərin səbəbindən Qarabağ erməniləri öz istəkləri ilə Ermənistana köç etməyə başladıqdan dərhal sonra Ermənistanın çağırışı əsasında beynəlxalq müşahidəçilər Qarabağa səfər etmək istədiyində də dövlətimiz buna mane olmadı. 30 sentyabr-1 oktyabrda BMT-nin ilk missiyası Qarabağda oldu və Azərbaycan tərəfindən Qarabağda heç bir sivil məntəqəyə, mədəniyyət abidəsinə qarşı hücum olmadığını, sivillərin köç zamanı hər hansı zorakılığa məruz qalmadığını, köçün məcburi xarakter daşımadığını fiksasiya etdi. Məhz bu açıqlamaya görə dünya erməniçiliyi BMT-nin Qarabağa gələn birinci missiyasını öz hədəfinə alaraq “saxta” adlandırdı. Hazırda 2-ci dəfədir ki, BMT missiyası Qarabağdadır və bu dəfə də Azərbaycan onların səfəri üçün bütün lazımi şəraiti yaradıb”.

M.Cəfərov bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BMT missiyasının qalıcı olmasının tərəfdarı deyil, BMT-nin müvafiq qurumlarının Bakı ofisləri ilə birgə işləmək imkanlarına malik qrupların yaradılması nəzərdə tutulur:

“Azərbaycan bütün beynəlxalq təcrübələri öyrənir və müvafiq olaraq beynəlxalq hüquqa əsaslanaraq öz milli maraqlarını qoruyur. Gələcəkdə Qarabağ ermənilərinin reinteqrasiyası üçün BMT-nin müvafiq qurumlarının Bakı ofislərinin birgə iştirakı ilə, hər iki tərəfin vətəndaş cəmiyyətlərinin (ermənilər və azərbaycanlılar) ortaq təşkilatçılığı ilə əməkdaşlıq platformalarının yaradılması, bunun üçün zəruri qrant layihələrinin həyata keçirilməsi də nəzərdən keçirilə bilər”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir