Siyasət

Kubanın vitse-prezidenti: “Azərbaycan Qoşulmama Hərəkatının inkişafı üçün böyük işlər görüb”

Sharing is caring!

“Dostluq münasibətlərimizin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Fidel Kastro mühüm rol oynayıb”.

AZƏRTAC xəbər verir ki, bu barədə Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Salvador Antonio Valdes Mesa vurğulayıb ki, Azərbaycan COVID-19-a qarşı mübarizə kimi çətin bir dövrdə Qoşulmama Hərəkatına çox fəal və uğurla sədrlik edib və təşkilatın inkişafı üçün böyük işlər görüb, üzv dövlətlərə dəstəyini əsirgəməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir