Siyasət

Şeyxin qohumunun lider namizəd olduğu dairə barədə qərar açıqlandı

Sharing is caring!

Milli Məclisə seçkilərlə əlaqədar 27 saylı Sabunçu İkinci Seçki Dairəsi üzrə bir məntəqənin nəticələri ləğv edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında həmin dairə üzrə namizəd Gülməmməd Abdullazadənin şikayəti əsasında bu barədə qərar verilib.

Nəticələri etibarsız sayılan həmin dairənin 34 saylı seçki məntəqəsidir.

Qeyd edək ki, həmin dairənin lider namizədi Əliabbas Salahzadədir. O, eks-deputat Qalib Salahzadənin oğludur.

Qalib Salahzadə isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir