Siyasət

Prezident: “Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb”

Sharing is caring!

“Hazırda Azərbaycanın enerji diplomatiyası qarşısında yeni vəzifə və tapşırıqlar müəyyən edilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ötənilki iclasında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından yaxşı nəticələr əldə olunub”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak etmək üçün Bakıya gələn ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanla görüşündə bildirib.

İclasda səmərəli müzakirələrin aparılacağına əminliyini ifadə edən dövlətimizin başçısı vurğulayıb ki, Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir