Siyasət

XİN: “Bu il də Azərbaycan üçün qonşuları ilə münasibətləri prioritet olaraq qalıb”

Sharing is caring!

“Bu il də Azərbaycan üçün qonşuları ilə münasibətləri prioritet olaraq qalıb”.

“Report”un xəbərinə görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikası 2022-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursunu uğurla həyata keçirib:

“Beynəlxalq münasibətlər sistemində artmış gərginlik və bununla bağlı yaranmış çağırışlar fonunda xarici siyasətimiz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dövlətimizin milli maraqlarının təmin olunmasına, Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsinə, o cümlədən milli təhlükəsizlik və sosial-iqtisadi inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlib.

2022-ci il ərzində xarici dövlətlərlə ikitərəfli münasibətlərin daha da inkişafı istiqamətində əməli tədbirlər görülüb. Bununla yanaşı, Azərbaycan Respublikasının bir çox dövlətlər ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd edilib. Bu istiqamətdə, həm Azərbaycanda, həm də aidiyyəti ölkələrdə müxtəlif tədbirlər həyata keçirilib. Xarici İşlər Nazirliyində 19 ölkə ilə diplomatik əlaqələrin 30 illiyinə, 1 ölkə ilə isə diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuş tədbirlər təşkil olunub, foto və sənədlərin sərgiləri nümayiş etdirilib. Ümumilikdə, 69 ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi, 2 ölkə ilə isə 25 illiyi qeyd olunub. Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan Respublikası üçün qonşuları ilə münasibətləri prioritet olaraq qalıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir