Dünya manset

Pompeo Trampın Zelenski ilə söhbətini dinləyib – Qalmaqallı iddia

Sharing is caring!

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenskinin danışığında dövlət katibi Mayk Pompeo da iştirak edib.

XəbərAl.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmuruna istinadən xəbər yayıb.

“Dövlət katibi Mayk Pompeo ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığını dinləyən administrasiya üzvləri arasında idi”, – deyə məlumatda qeyd olunub.

Nəşr qeyd edir ki, Pompeonun iştirakı əvvəllər məlum deyildi. Qəzet bu məlumatın Nümayəndələr Palatasının təşəbbüsü ilə başlanan impiçment prosesində Dövlət Departamentinin “daha çox iştirakına” töhfə verə biləcəyini də bildirir.

Sentyabrın 25-də Ağ Ev Trampın Zelenski ilə söhbətinin mətnini dərc edib. Amerika lideri bu danışığı “dəyərli söhbət” adlandırıb.

Nümayəndələr Palatasının sədri Nensi Pelosi sənədin Trampın impiçmentinə səbəb ola biləcəyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir