Şou-Biznes

Aysel Teymurzadə yeni layihə ilə sənətə qayıdır

Sharing is caring!

"Eurovision" təmsilçimiz Aysel Adıgözəlzadə sosial şəbəkə hesabında yaxın günlərdə yeni layihə təqdim edəcəyini bildirib.

Lent.az xəbər verir ki, Xalq artisti Murad Adıgözəlov ilə evləndikdən sonra səhnələrlə vidalaşan Aysel Teymurzadənin bu paylaşımı diqqət çəkib.

"Nəsə yeni gəlir", – Aysel yazıb.

Müğənni Murad Arif onun bu paylaşımına, "Nəhayət, yeni musiqi videosu" şərhini yazmaqla Ayselin yenidən sənətə qayıdacağına dair sualları cavablandırmış olub..

Aysel Teymurzadə isə izləyicilərin suallarına cavab verməyib. 

Qeyd edək ki, Aysel Teymurzadə və Murad Adıgözəlov cütlüyünün iki övladı var.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir