Siyasət

Azərbaycan XİN rəhbərindən Ermənistanla münasibətlərə dair AÇIQLAMA

Sharing is caring!

“2022-ci ildə Azərbaycan Cənubi Qafqazdakı reallıqları nəzərə alaraq öz maraqlarını təşviq edib”. 

Oxu.Az xəbər verir ki, bunu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir xatırladıb ki, 2022-ci ildə Azərbaycanla Ermənistan arasında bir sıra təmaslar olub.

“Ancaq hesab edirik ki, bu qədər görüşlərə, təmaslara baxmayaraq, əldə olunan proqres çox məhduddur”, – deyə o əlavə edib. 

O bildirib ki, Ermənistanın 10 Noyabr Bəyanatının müddəalarını icra etməməsi Azərbaycan tərəfindən sistemli şəkildə dünya ictimaiyyətinə çatdırılır. 

“Azərbaycan sistemli şəkildə materiallar hazırlayır və bunlar BMT baş katibinə də çatdırılır”, – deyə o əlavə edib. 

O bildirib ki, Azərbaycan Ermənistanın vurduğu ziyanlar üzrə kompensasiyalar tələb edir. 

“Azərbaycan Ermənistanın cinayətlərinə, o cümlədən təbii sərvətlərin qanunsuz istismarına, ekoloji terroruna görə bir sıra müraciətlər hazırlayaraq bunu beynəlxalq instansiyalara çatdıracaq”, – deyə nazir bildirib.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir