Dünya

ABŞ-də dəhşətli qəza: Körpü üzərində 150-dən çox avtomobil toqquşdu – FOTO/VİDEO

Sharing is caring!


ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhəri yaxınlığında ağır qəza baş verib.

Körpü üzərində 150-dən çox avtomobil toqquşub.

Qəza nəticəsində yeddi nəfər ölüb, 25 nəfər yaralanıb. Bu rəqəmlərin artacağı ehtimal edilir.

Nəqliyyat xidmətləri hələ də dağıntıların təmizlənməsini davam etdirir, kilidlənmiş avtomobillərdə insanların ola biləcəyi deyilir.

Qəza zamanı avtomobillərdən biri körpüdən çaya düşüb, lakin sürücü xilas ola bilib.

Kütləvi qəzanın od vurulmuş bataqlıqların yaratdığı güclü duman səbəbindən baş verdiyi, görmə məsafəsinin üç metr olduğu bildirilir.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir