Dünya

Anna Malyar: “Rusiya Ukraynaya təslim olmaq istəyən əsgərləri hərbi tribunalla qorxudur”

Sharing is caring!

“Rusiya komandanlığı öz hərbçilərini hərbi tribunalla qorxudur. Bununla da onların Ukrayna ordusuna təslim olmalarının qarşısını almaq istəyir”.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar milli telemarafonun efirində bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, Ukrayna tərəfi müharibəyə göndərilən rusiyalılara təslim olmaq və bununla da həyatlarını xilas etmək imkanları barədə mümkün qədər çox məlumat çatdırmaq üçün əlindən gələn hər şeyi edir.

“Burada əsir düşənlərlə, əlbəttə ki, bütün səviyyələrdə iş aparırıq. Onlara başa salmaq istəyirik ki, birbaşa döyüşdə əsir götürülmək yerinə özləri könüllü təslim olsunlar. Biz maksimal dərəcədə onlara çatdırmağa çalışırıq ki, bu, onların canlarını qurtarmaları üçün yeganə yoldur”, – deyə Malyar qeyd edib.

O həmçinin bildirib ki, Rusiya ordusu eyni zamanda paralel olaraq Ukraynaya qarşı müharibədə iştirak etmək həvəsi zəif olan şəxsi heyəti də qorxutmağa çalışır.

“İnsanı ancaq kölə olaraq görən Rusiya dövləti onları qorxutmaq və bu işdən çəkindirmək üçün hər şeyi edir. Məsələn, çox güclü şəkildə hərbi tribunalla qorxudur. Döyüş meydanını tərk edənlər yenidən oraya qaytarılırlar, yəni meydanı tərk etmək kimi şansları yoxdur”, – deyə Malyar izahat verib.

“Həmçinin Ukrayna Müdafiə Nazirliyinin əlində məlumatlar var ki, Rusiya hərbçiləri hətta özlərini şikəst etməyə, intihara da əl atırlar”, – deyə o əlavə edib.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir