Siyasət

İlham Əliyev Liviya rəhbərinə milli bayram münasibətilə məktub göndərdi

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə təbrik məktubu ünvanlayıb.

Biu barədə Prezident.az məlumat verib.

Məktubda deyilir:

“Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Liviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir