Dünya

ABŞ Ukraynaya “F-16” döyüş təyyarələrinin çatdırılmasına razılıq verib

Sharing is caring!


ABŞ Hollandiyanın “F-16” döyüş təyyarələrini Ukraynaya təhvil verməsini təsdiqləyib.

Bu barədə Hollandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ölkənin müdafiə naziri Kajsa Ollongren çatdırılma təsdiqini əvvəllər “X” sosial media platforması vasitəsilə açıqlayıb.

“Biz ABŞ-nin “F-16” döyüş təyyarələrinin Ukraynaya çatdırılmasına razılıq verməsini alqışlayırıq. Bu, bizə ukraynalı pilotların təlimini başa çatdırmağa imkan verir”, – deyə nazir söyləyib.

O, növbəti addımlar üçün avropalı tərəfdaşları ilə əlaqə saxladıqlarını da bildirib.

Hollandiyanın xarici işlər naziri Wopke Hoekstra amerikalı həmkarı Antoni Blinkenə əməkdaşlığa görə təşəkkür edib və bu addımı Ukraynanın öz xalqını və ölkəsini müdafiə etməsi üçün mühüm mərhələ hesab edib.

Qeyd dək ki, Ukraynaya “F-16”ların tədarükü üçün Hollandiya və Danimarka başda olmaqla digər ölkələr may ayında bu döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir