Siyasət

Mirzoyan Bayramov və Lavrovla görüşmək əvəzinə mənzil almağı üstün tutub – FOTO

Sharing is caring!


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci ilin dekabrında rusiyalı və azərbaycanlı həmkarları Sergey Lavrov və Ceyhun Bayramovla görüşmək əvəzinə, ipoteka ilə mənzil almaqla məşğul olub.

Xarici işlər naziri Ararat Mirzoyanın ötən il dekabrın 23-də Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri ilə görüşdən imtina etməsi müzakirələrə səbəb olub.

Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında əmin edib ki, guya Mirzoyan obyektiv səbəblərə görə görüşə getməyib, Laçın yolu məsələsi ilə bağlı həmin günlərdə nazirin Ermənistanda olması həyati əhəmiyyətli olub.

Lakin məlum olub ki, dekabrın 23-də Ararat Mirzoyan ipoteka müqaviləsi imzalayıb.

Kadastr sənədlərində bank, satıcı və alıcı arasında bağlanmış və Ararat Mirzoyanın şəxsən imzaladığı ipoteka müqaviləsi də olub. Sazişin bağlanma tarixi isə 23 dekabr 2022-ci il, yəni xarici işlər nazirlərinin Moskvada elan olunmuş üçtərəfli görüşü gününə təsadüf edir.

Mənbə: “Civilnet”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir