Dünya

İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır – FOTO

Sharing is caring!




Kərəcin Qızılhisar zindanında dörd məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına istinadla xəbər verib.

Qeyd edilib ki, edam olunanlardan biri qadın olub. O, 2024-cü ildə barəsində ən ağır cəza hökmü icra olunan beşinci qadındır.

Hesabatlara əsasən, İranda 2023-cü ildə azı 22 qadın dar ağacından asılıb. Bununla da İran dünyada qadınları ən çox edam edən ölkə olub.

O da qeyd edilir ki, məhbuslardan biri narkotik maddələrin qanunsuz dövriyyəsində, qadın və digər iki kişi məhbus isə qəsdən adam öldürməkdə ittiham olunublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir