Cəmiyyət

Azərbaycan bağçalarında uşaqların qida rasionu ilə bağlı standartlara dəyişiklik ediləcək

Sharing is caring!


“Bağçalarda uşaqların qida rasionu ilə bağlı mövcud standartlara dəyişikliklərin edilməsi nəzərdə tutulur”.

Bu barədə “Report”un sualını cavablandıran Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, hazırda bağçalarda qidalanma qanunvericilikdə nəzərdə tutulan standart və normalar əsasında həyata keçirilir:

“İsti yeməklərin verilməsi ilə bağlı icra etdiyim pilot layihənin məqsədi odur ki, uşaqlara lazımi miqdarda yeməyin vaxtında, isti və menyuya uyğun verilməsini təmin edək. Nazirlik səhiyyə qurumları və qida təhlükəsizliyi məsul olan orqanlarla əməkdaşlıq edir. Standartlarda mövcud yeni yanaşmaların, yeni tədqiqat nəticələrinin məhsullarını standartlarda nəzərdə tutacağıq. Ümid edirəm ki, növbəti ilin əvvəlində bununla bağlı normativ sənədlərdə dəyişikliklər nəzərdə tutulacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir