Siyasət

Hafiz Hacıyev Prezident İlham Əliyevi təbrik etdi

Sharing is caring!

Dekabrın 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ad günüdür. Ölkə başçısının 61 yaşı tamam olur.

Bu münasibətlə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm. İlham Əliyev dəyanətli, xalqının yanında olan bir Prezidentdir. O eyni zamanda dəmir yumruğu ilə də tanınan liderdir. Buna görə də cənab Prezidentə möhkəm yumruq və yumruğunun gücünü bir az da ağırlaşdırmağı arzu edirəm. Xalqa etdiyi xidmətləri axıra qədər davam etdirməyi arzulayıram. Allah İlham Əliyevə can sağlığı versin. Uğurlarının daha bol olması diləyi ilə bir daha səmimi qəlbdən təbrik edirəm!

Mən cənab Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini normal hesab edirəm. Düşünürəm  ki, onun ölkə siyasətində böyük xidmətləri var. Amma İlham Əliyevin ətrafı onun daxili və xarici siyasətinə böyük kölgə salır. Buna baxmayaraq Prezident çətinliklə də olsa, tək olsa da, bütün işləri görür. Ona həm ideoloji, həm də siyasi baxımdan kömək lazımdır. Buna görə də bizlər də onun ətrafındayıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir