İqtisadiyyat

Mikayıl Cabbarov: “Kreditlər hesabına 3 000-dən çox yeni iş yeri yaradılıb” – FOTO

Sharing is caring!


“Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb.

Bildirilib ki, kreditlər hesabına 3 000-dən çox yeni iş yeri yaradılıb.

“Kreditlərin layihə sayı üzrə 99,8%-i, məbləğ üzrə isə 91,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir