Şou-Biznes

Tacir ilə Fədayənin arasını kim vurub? – VİDEO

Sharing is caring!

Müğənni Tacir Şahmalıoğlu Fədayə Laçınla olan küsülülüyü barədə ilk dəfə danışıb.

Lent.az xəbər verir ki, ifaçı "Şou xəbər" verilişində Fədayə Laçınla onun arasını bacısı İlahə Fədanın vurduğunu deyib:

"Bacısı aranı qarışdırmaq istədi, alınmadı. Çünki qalmaqala gedən insan deyiləm. Od olan yerdə su olmaq lazımdır. Odun üstünə benzinlə getmək bir şey deyil. Mənə ziyandır. Adım-sanım var, hamı məni bir simada tanıyır". 

Qeyd edək ki, Tacir Şahmalıoğlu daha öncə Fədayə Laçın haqqında "Həyat yoldaşım Fədayəyə görə intihara cəhd etmişdi" – açıqlaması ilə yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir