Dünya

Sorğu: Tramp Baydeni qabaqlayır

Sharing is caring!

Əgər prezident seçkisi indi keçirilsəydi, amerikalıların 40%-i keçmiş ABŞ Prezidenti Donald Trampa, 38%-i hazırkı dövlət başçısı Co Baydenə səs verəcəkdi. Bunu “USA Today” və Saffolk Universitetinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Tədqiqatda iştirak edən Respublikaçılar Partiyası tərəfdarlarının 85%-i Trampı, demokratların isə 81%-i Baydeni dəstəklədiyini bildirib.

Respondentlərin dörddə biri noyabrda keçiriləcək seçkiyə yaxın qərarlarını dəyişə biləcəklərini deyib. Bayden tərəfdarlarının 14%-i və Tramp tərəfdarlarının 15%-i başqa namizədə səs verə biləcəklərini etiraf edib.

Sorğu iştirakçılarının 15%-i əsas partiyalardan “hər iki” potensial namizədin əleyhinə olduqlarını bildiriblər.

Sorğu martın 8-dən 11-dək min seçici arasında aparılıb.

Qeyd edək ki, ABŞ-də Prezident seçkisi noyabrın 5-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir