Siyasət

Milli Məclis İlham Əliyevi təbrik edib

Sharing is caring!

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Oxu.Az xəbər verir ki, spiker Sahibə Qafarova Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanmasını təklif edib.

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.

Milli Məclis Prezident İlham Əliyevə ailəsi ilə birlikdə can sağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

Qeyd edək ki, dekabrın 24-də Prezident İlham Əliyevin 61 yaşı tamam olur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir