Siyasət

İrana etirazçıların edam edilməməsi ilə bağlı ÇAĞIRIŞ – FOTO

Sharing is caring!

İspaniyanın Nümayəndələr Konqresi verdiyi bəyanatda molla hökumətindən İranda etirazçıların edamını dərhal dayandırmağa və vətəndaşların toplaşmaq və etiraz aksiyası keçirmək hüquqlarına hörmət etməyə çağırıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bəyanatda, həbs edilənlərin harada saxlanılması açıqlanması və hüquqi statusunun müəyyənləşdirilməsi tələb edilib.

Digər tərəfdən, İspaniya Nümayəndələr Konqresi vəkil tutmaq hüququna dair məhkəmə təminatlarına hörmət edilməsini, həmçinin həbs olunanların hamısına verilən hökmlərdən apellyasiya şikayəti vermək hüququnu tələb edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir