Siyasət

Güney Azərbaycandakı proseslər milli azadlıq hərəkatı kimi geridönməz xarakter alıb – VİDEO

Sharing is caring!

Azərbaycanın şimalı müstəqillik qazanandan İranın düşmən münasibəti ilə qarşılaşıb. Çünki ölkəmizin gündən-günə inkişafı, yeni reallıqlar yaratması həm də Güney Azərbaycan üçün stimuldur. İran narahatdır ki, qonşuluğunda belə bir ölkənin varlığı daxilindəki azərbaycanlılar üçün də milli dövlət qurmaq baxımından örnək ola bilər. Əbəs yerə deyil ki, Güney Azərbaycanda azadlıq, ədalət, milli hökumət şüarları günbəgün artır, geniş vüsət alır.

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədri Sayman Aruz qeyd edib ki, milli olmayan hökumətin nə azadlıq, nə də ədalət verə bilməyəcəyini artıq anlayırlar: “Çünki bizim ana dili, milli varlıq kimi istəklərimiz şahlıq rejimi hökumətləri çərçivəsində mümkün deyil”.

Güney azərbaycanlılar həm Şeyx Məhəmməd Xiyabaninin, həm də Seyid Cəfər Pişəvərinin dövründə öz milli hökumətlərini qurublar. Düzdür, müxtəlif qlobal güclərin dəstəyi ilə İran hakimiyyəti onları süquta uğratsa da, azərbaycanlılar yenə də milli dövlətlərinin bərpası üçün ayağa qalxıblar. Yəni, İran hakimiyyəti Güney Azərbaycandakı insanların iradəsini heç vaxt qıra bilməyib. Çünki onlar milli dövlətçilik uğrunda mübarizəni hər zaman özünün həyat fəlsəfəsi hesab ediblər.

Bir sözlə, Güney Azərbaycandakı mübariz insanlar azərbaycançılıq ideyası istiqamətində, öz milli dövlətçiliyinin yaradılması uğrunda çox geniş bir mübarizəyə başlayıblar. Artıq proses milli azadlıq hərəkatı kimi geridönməz bir xarakter alıb. Çünki Azərbaycan milli hərəkatı öz müqəddəratını təyin etməsini qarşısına məqsəd qoyub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir