Mədəniyyət

PhotoStock.az-ın əməkdaşı “35 AWARDS” müsabiqəsində yer tutub – FOTO

Sharing is caring!

“Global Media Group”a aid olan PhotoStock.az MMC-nin əməkdaşı Tapdıq Abdullayev “35 AWARDS” fotomüsabiqəsində yüksən nəticə göstərib.

Onun Türkiyənin meqastarı Tarkanın konsertində və Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında çəkdiyi fotolar ən yaxşı işlərin sırasına daxil olub.

Belə ki, meqastarın konsertində çəkilən şəkil dünyanın 85 ölkəsindən iştirak edən 2 032 yarışmaçı arasında müsabiqənin “Konsert fotosu” kateqoriyası üzrə ən yaxşı 13-cü şəkil seçilib. 

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində Bakı səması üzərində lentə alınan fotolar (“Bakı aviation show”) konsepsiya üzrə ilk üçlüyə daxil olub. Müəllif isə bu nəticə ilə “35 AWARDS” fotomüsabiqəsində səkkizinci yeri tutub. 

Qeyd edək ki, fotomüsabiqəyə ümumilikdə 10 445 şəkil təqdim edilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir