Hadisə

192.000 manatlıq dələduzluq işi – Dövlət məmurundan kimlər “pick-up” avtomobili tələb edib?

Sharing is caring!

Xəbər verdiyimiz kimi Ədliyyə Nazirliyinin və qrumun əməkdaşlarının adından sui-istifadə edərək, dələduzluq yolu ilə çoxsaylı vətəndaşları aldadıb onların külli miqdarda pulunu ələ keçirən, həmçinin onları rüşvət verməyə təhrik edən şəxs barəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarisə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir.


Hadisənin bəzi təfərrüatları ilə bağlı AzFakt.com-a daxil olan məlumatda qeyd edilir ki, təqsirləndirilən şəxs Zamin Qarayev əvvəllər də eyni xarakterli əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Onun tərəfindən törədilmiş növbəti cinayət əməlləri Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsində icra məmuru işləmiş Şəhriyar Şirinovun şikayətləri və təkidi ilə ifşa edilmişdir.

Məlumata görə icra məmuru ilə Ədliyyə Nazirliyinin əməkdaşları arasında kəskin ziddiyyətlər olmuşdur. Belə ki, icra məmurunun şikayət etməsi və faktla bağlı cinayət işi balanması qrumun bəzi əməkdaşlarının narahatlığına səbəb olmuşdur.

Yəni cinayətin törədilməsində iştirakçı olmuş şəxslərin nazirlikdə tanışları və dostları olduğu üçün onlar şantaj yolu ilə icra məmurundan pul və “PİCK-UP” markalı avtomobil tələb etməyə cəhd belə etmişlər.
Lakin istintaq zamanı təqsirləndirilən şəxs Zamin Qarayevlə yanaşı həmin şəxslərin də cinayət törətməyə cəhd etmələri öz təqsidini tapmış və onların əməllərinə cinayət törətməyə cəhd kimi qiymət verilmişdir.

Məsələ ilə bağlı Şəhriyar Şirinovla əlaqə saxlaya bilmədik, vəkili isə Şirinovun razılığı olmadığı üçün və vəkil etikası ilə bir araya sığmadığı üçün məsələyə münasibət bildirmək istəmədi.

Şirinovun qardaşı Anar Şirinovla məsələnin təfərrüatı haqqında məlumat əldə etmək üçün əlaqə saxlaya bildik. Anar Şirinovun dediklərini olduğu kimi yazırıq: “Nazirlikdə Ələkbər adında bir adam var. Bu Ələkbər kimdirsə heç kəs ona söz deyə bilmir və hamı ondan qorxur. O qardaşımdan dəfələrlə “Pİck-UP” tələb edib. Hazırda da bu səbəbdən onun təsiri ilə qardaşıma qarşı təzyiqlər edilir. Bu adamın qardaşım ilə ədavətə son qoyması üçün ona “PİCK-UP” avtomobili alıb verməyə razıyam. Bu barədə məhkəməyə müraciət edəcəyəm. Başqa əlavə nəsə öyrənmək istəyirsinizsə, Ələkbərin özün tapıb ondan soruşun ki, bu adam bizdən nə istəyir? O ki qaldı qardaşıma şər atan şəxslərə onlar dövlətimizin qanunlarına və cəmiyyətimizin qaydalarına əsasən layiqli cəzalarını almalıdırlar.

Mən Çox hörmətli Prezidentimizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm ki, onların köməyi ilə etdiyimiz müraciətlərin haqlı hesab edilməsinə və dərhal cinayətin işfa olunmasına nail olduq.”

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir