MARAQLI

Kiçik daxmalardan çıxan böyük ürəklər – Yurdu yaşatmaq üçün canından keçən Şəhid Oqtay Ağabəyov

Sharing is caring!

29 Mar 2022 – 13:00421

Kiçik daxmalardan çıxan böyük ürəklər – Yurdu yaşatmaq üçün canından keçən Şəhid Oqtay Ağabəyov

Ətraflı

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Şəhidlik – Vətən, torpaq, millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, şərəfli zirvədir. Şəhidlər xalqın azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır. Onların canı, qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur.

Bu cür şəhid olan qəhrəmanlarımızdan biri də Ağəbəyov Oktaydır.

“Yeni Gündəm” şəhid Oktay Ağabəyov haqda məlumatları təqdim edir.

Oktay Baxşəli oğlu Ağabəyov 22 noyabr 1987-ci il də Bakı şəhəri, Nizami rayonunda anadan olub.

1995 ildə 70 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə həmin məktəbi məktəbi bitirib.

2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub və 2010-cu ildə  bitirib.

03.07.2010-cu ildə Nizami rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, 1 il ərzində Murovdağda hərbi xidmət göstərib.

2013-cü ildə Azərbaycan Respublikası Heydər Əliyev adına Dövlət Neft Şirkətində çalışmağa başlayıb.
2020-ci il oktyabrın 9-u Zəfər müharibəsində iştirak üçün könüllü olaraq muharibəyə gedib, ön cəbhədə döyüşlərdə iştirak edib.

Oktyabrın 18-i Füzulinin Abdurrahmanlı kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. 14 gün komada qaldıqdan sonra 1 noyabr 2020-ci ildə şəhid olub.

Ölümündən sonra “Vətən ugrunda”, “Füzulinin azad olunması” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!

Qeyd edək ki, “Gündəm Media” media şirkəti olaraq “Şəhidlərimizi tanıdaq, tanıtdıraq” layihəsi çərçivəsində bu istiqamətdə fəaliyyəti davam etdirəcəkdir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir