Dünya

Macarıstan XİN: “Avropa Parlamenti dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biridir”

Sharing is caring!

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Siyarto bildirib ki, Avropa Parlamenti dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biridir və onun qətnamələri adətən Avropaya kömək etməkdənsə, ziyan vurur.

O, bu barədə “Kossuth” radiostansiyasında danışıb.

Nazir vurğulayıb ki, AP-nin Avropaya kömək edəcək bəyanatları və qətnamələri çox azdır, quruma etimad isə praktiki olaraq sıfır səviyyəsindədir.

“Son korrupsiya hadisələri açıq şəkildə göstərdi ki, bu, dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biridir. Avropa Parlamentinin qətnamələri adətən Avropaya ziyan vurur”, – nazir bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir