Siyasət

Azərbaycan Qarabağın bərpasına Polşa şirkətlərini cəlb etməkdə maraqlıdır – FOTO

Sharing is caring!

“İşğaldan azad edilmiş ərazilərin bərpasına Polşa şirkətlərinin cəlb edilməsi Azərbaycan üçün mühüm istiqamətdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) rəhbəri Yusif Abdullayev bu gün Bakıda keçirilən Polşa-Azərbaycan biznes forumunda deyib.

“İnvestisiyalar baxımından Polşa şirkətlərini Azərbaycanda görmək bizim üçün zəruridir. Həmçinin, Polşa şirkətlərini işğaldan azad edilmiş ərazilərin bərpasına cəlb etmək də bizim üçün mühüm əhəmiyyət kəsb edir”, – o bildirib.

AZPROMO rəhbəri ölkələr arasında əlaqələrin fəal inkişaf etdiyini, ticarət dövriyyəsinin, o cümlədən Azərbaycandan Polşaya ixracın artdığını vurğulayıb.

Y.Abdullayev Azərbaycanda Polşa Ticarət Evinin və Polşada isə Azərbaycanın Ticarət Nümayəndəliyinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir