İdman

Şahruddin yenə kobud səhvə yol verdi – VDİEO

Sharing is caring!


Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə superliqasının 19-cu turunda “Başakşehir”lə qarşılaşıb.  

“Qafqazinfo” xəbər verir ki, yığmamızın qapıçısı bu qarşılaşmada kobud səhvi ilə yadda qalıb.

Belə ki, o, matçın 71-ci dəqiqəsində qapıçı meydançasından topu səhvən rəqib klubun futbolçusuna ötürüb. Həmin futbolçu Ş.Məhəmmədəliyevin bu səhvini fürsətə çevirərək, qol vurub.

Lakin, hakim həmin qolu qeydə almayıb. Çünki, “Başakşehir”in futbolçuları topdan öncə cərimə meydançasına daxil olublar.

Qeyd edək ki, oyun qolsuz bərabərliklə başa çatıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir