Dünya

Rassell Krou Tauerdə qohumunun başının kəsilməsi ilə öyündü

Sharing is caring!


Çətin xasiyyəti və qanunlara qarşı çıxması ilə tanınan Rassell Krou, Londonda Tauerdə başı kəsilmiş sonuncu lordun nəslindən olduğunu öyrənib.

Bu yaxınlarda “The Vatican Exorcist” adlı mistik qorxu filmində rol alan Oskar mükafatçısı, ata tərəfdən 11-ci lord Lovat Saymon Freyzerlə birbaşa qohum olduğunu göstərən şəcərə araşdırmasının nəticələrini sosial şəbəkədə paylaşıb.

Əfsanəyə görə, edam edilməzdən əvvəl Saymon Freyzerə məlumat verilib ki, edamı seyr etmək üçün qurulmuş tribunalardan biri uçub, onlarla insan həlak olub. Bundan xəbər tutan 11-ci Lord gülüb və bıçaq onun boynunu kəsəndə belə gülməyə davam edib. “Yıxılana qədər gülmək” ifadəsi məhz belə yaranıb.

Mənbə: kinonews.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir