Dünya

“Real” və “Bavariya”nın formasını geyinən futbolçu “Qarabağ”a qarşı oynayacaq – VİDEO

Sharing is caring!

Ağdamın “Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Olimpiakos” heyətini gücləndirməkdə davam edir.

İtaliyalı jurnalist Fabritsio Romanonun öz “Twitter”ində məlumat verir ki, “qırmızı-ağlar” Kolumbiya milli yığma komandasının hücumçusu Xames Rodriqesi sıralarına qatıb.

32 yaşlı yarımmüdafiəçi bu gün Afinada olacaq və tibbi yoxlamadan keçəcək.

Son olaraq Qətərdə “Əl Rayyan” komandasının formasını geyinən kolumbiyalı oyunçu Madrid “Real”ının və Almaniyanın “Bavariya” klublarının da şərəfini qoruyub.

Xatırladaq ki, “Olimpiakos” daha əvvəl braziliyalı sol cinah müdafiəçi Marselonu heyətinə qatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir